Yuxarı

Cüdoçularımız Almaniyada 3 medal qazanıblar

Cüdoçularımız Almaniyada 3 medal qazanıblar

Bakı. 14 iyul. REPORT.AZ/ Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışı keçirilir. 

"Report"un məlumatına görə, qitə turnirinin ilk günündə millimizin üzvləri 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və Vüqar Şirinli bürünc medal əldə edib. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev də bürünc medala yiyələnib.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi