Cüdo üzrə dünya çempionatında Azərbaycan yığması Rusiyaya məğlub olub

Cüdo üzrə dünya çempionatında Azərbaycan yığması Rusiyaya məğlub olub Azərbaycan yığması cüdo üzrə Yaponiyada keçirilən dünya çempionatını medalsız başa vurub.
Komanda
1 Sentyabr , 2019 16:08
Cüdo üzrə dünya çempionatında Azərbaycan yığması Rusiyaya məğlub olub

Azərbaycan yığması cüdo üzrə Yaponiyada keçirilən dünya çempionatını medalsız başa vurub.

"Report" xəbər verir ki, dünya çempionatının son günündə Azərbaycan komandası səkkizdəbir finalda Braziliya yığması ilə mübarizə aparıb. Görüş 4:1 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.

Təsəlliverici görüşdə Koreya Respublikasının komandası ilə qarşılaşan yığmamız inamlı qələbə qazanıb - 4:2. Bu qələbədən sonra Azərbaycan komandası çempionatın bürünc mükafatı uğrunda mübarizə üçün Rusiya yığması ilə qarşılaşıb.  

 Rusiyaya 1:4 hesabı ilə məğlub olan cüdoçularımız mundialı medalsız başa vurub.

Son xəbərlər

Orphus sistemi