Yuxarı

Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

​Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 21 yanvar. REPORT.AZ/ 1990-cı il qanlı Yanvar faciəsindən 29 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını Şəhidlər xiyabanına üz tutur. Bu il də yüz minlərlə insan şəhidlərimizi yad edib.

“Report” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi də Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad edənlər sırasında olublar.

Məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi