Yuxarı

Çempionlar Liqası: "Azərreyl" evdə Fransa klubunu darmadağın edib

Çempionlar Liqası: "Azərreyl" evdə Fransa klubunu darmadağın edib
Bakı klubu dörd oyunda üçüncü qələbəsini qazanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət "Azərreyl" klubu Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun ev oyununda Fransanın "Sen-Rafael" kollektivini 3:0 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, Bakı klubu bununla da dörd görüşdə üçüncü qələbəsini qazanmış olub, fransızlar isə ardıcıl dördüncü məğlubiyyətləri ilə barışıblar.

"Azərreyl" beşinci turda Türkiyənin "C" qrupuna inamla liderlik edən "Fənərbaxça" klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası. Qadınlar

"C" qrupu. 3-cü tur

"Azərreyl" (Azərbaycan) — "Sen-Rafael" (Fransa) — 3:0 (25:20, 25:11, 25:11).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi