Bu gün “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq

Bu gün “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq Joze Alesionun baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçını "Mostar"a qarşı keçirəcək
Komanda
11 Oktyabr , 2017 07:14
Bu gün “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq. “Report” xəbər verir ki, VIII qrupda yer alan Naxçıvan təmsilçisi B yolunda 3 rəqiblə qüvvəsini sınayacaq.

Bunlar Rumıniyanın “Deva”, Maltanın “Sent Endryus”, eləcə də Bosniya və Herseqovinanın “Mostar” kollektivləridir. Joze Alesionun baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçını "Mostar"a qarşı keçirəcək.

Rumıniyanın Deva şəhərində İdman Sarayında baş tutacaq oyunlar 4 günü əhatə edəcək. Yalnız qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazanacaq.

UEFA kuboku

Əsas mərhələ, B yolu

VIII qrupu

I tur, 11 oktyabr

17:30. “Araz” (Azərbaycan) – “Mostar” (Bosniya və Herseqovina)

20:00. “Deva” (Rumıniya) – “Sent Endryus” (Malta)

II tur, 12 oktyabr

17:30. “Sent Endryus” – “Araz”

20:00. “Deva” – “Mostar”

III tur, 14 oktyabr

17:30. “Mostar” - “Sent Endryus”

20:00. “Araz” - “Deva”

Son xəbərlər

Orphus sistemi