Beynəlxalq Basketbol Federasiyası oyunlar zamanı hicabdan istifadəyə icazə verib

Beynəlxalq Basketbol Federasiyası oyunlar zamanı hicabdan istifadəyə icazə verib Hicab ağ, qara və ya formanın rəngində olmalıdır
Komanda
4 May , 2017 16:26
Beynəlxalq Basketbol Federasiyası oyunlar zamanı hicabdan istifadəyə icazə verib

Bakı. 4 may. REPORT.AZ/ Beynəlxalq Basketbol Federasiyası (FİBA) oyunlar zamanı hicabdan istifadəyə icazə verib.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın Konqresində qərar qəbul olunub.

Qaydalardakı dəyişikliyə əsasən, hicab ağ, qara və ya formanın rəngində olmalıdır. Həmçinin komanda üzvləri eyni rəngdə hicabdan istifadə etməlidir.

Qeyd edək ki, bu məsələ ilə bağlı qaydalara dəyişiklik edilməsi 2014-cü ildə Qətərin hicab qadağasına etiraz əlamti olaraq Asiya Oyunlarında iştirakdan imtinasından sonra gündəmə gəlib.

Son xəbərlər

Orphus sistemi