Yuxarı

Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb

Azərbaycan gimnastları "AGF Junior" turnirində gümüş medal qazanıblar

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri start götürüb.

"Report" xəbər verir ki, Proqramın axşam hissəsində Milli Gimnastika Arenasında qrup komandaları öz bacarıqlarını nümayiş etdiriblər.

Onlar çoxnövçülükdə beş çənbər, həmçinin beş lent ilə kompozisiya göstəriblər. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadənin təmsil olunduğu Azərbaycan qrupu iki kompozisiyanın yekununda hakimlərdən 41.000 xal alıb və gümüş medal qazanıblar. Qızıl medal İsrailə (42.000), üçüncü yer isə Rusiyaya (40.000) nəsib olub.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yarışda yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi