Fərid Abbasov: "Olimpiadanı güclü rəqibləri yenərək qazandıq"

Fərid Abbasov: "Olimpiadanı güclü rəqibləri yenərək qazandıq" Bütün görüşlər gərgin mübarizə şəraitində keçdi. Çünki rəqiblərimiz çox güclü idi və ani diqqətsizlik hətta bizi məğlubiyyətlə üzləşdirə bilərdi. Ancaq şükür ki, şahmatçılarımız özlərində güc və inam toplayaraq Olimpiadanın qalibi adını qazandılar.
Komanda
7 Noyabr , 2019 00:40
Fərid Abbasov: Olimpiadanı güclü rəqibləri yenərək qazandıq
Foto: "Report"

"Bütün görüşlər gərgin mübarizə şəraitində keçdi. Çünki rəqiblərimiz çox güclü idi və ani diqqətsizlik hətta bizi məğlubiyyətlə üzləşdirə bilərdi. Ancaq şükür ki, şahmatçılarımız özlərində güc və inam toplayaraq Olimpiadanın qalibi adını qazandılar".

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, beynəlxalq qrossmeyster Fərid Abbasov deyib. 

Onun sözlərinə görə, son turun oyunları çətinlik yaradıb: "Yarış zamanı 6 görüşü asanlıqla keçdiyimizdən artıq medalı təmin etmişdik. Lakin son turda şahmat dövləti olan Çin yığmasını məğlub etməyimiz bizim üçün böyük uğurdur. Bizə çətinlik yaradan rəqiblərimiz isə ABŞ, Rusiya, Özbəkistan Çin və Ukrayna komandaları oldu. Son turdan öncə federasiya rəhbərliyindən motivasiya dolu dəstək gəldi. Bu da təbii ki komanda da böyük özünə inamı yaratdı. Qalibiyyət kürsüsünə Azərbaycan milli geyimi ilə çıxmağımız yarış iştirakçılarının çox böyük marağına və alqışına səbəb oldu".  

Son xəbərlər

Orphus sistemi