Bakının “Azəryol” voleybol komandası səfərdə qələbə qazanıb

Bakının “Azəryol” voleybol komandası səfərdə qələbə qazanıb “Azəryol” rəqibini 3:0 (22:25; 14:25; 18:25) hesabı ilə məğlub edib
Komanda
14 Yanvar , 2015 21:44
Bakının “Azəryol” voleybol komandası səfərdə qələbə qazanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan çempionatının gümüş mükafatçısı Bakının “Azəryol” komandası qadın voleybolçular arasında Çempionlar Liqası yarışı çərçivəsində keçirdiyi səfər qarşılaşmasında qalib gəlib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, “B” qrupunda mübarizə aparan komandamız yanvarın 14-də Rumıniyanın Bakau İdman Sarayında yerli “Ştiinta” klubunun qonağı olub. “Azəryol” rəqibini 3:0 (22:25; 14:25; 18:25) hesabı ilə məğlub edərək pley-off mərhələsinə çıxmaq şansını daha da artırıb.

Komandamız Bakıda “Ştiinta”yu üzərində 3:0 hesabı ilə qələbə qazanmışdı.

Son xəbərlər

Orphus sistemi