Azərbaycanın voleybol yığması dünya çempionatının seçmə mərhələsində ilk görüşünü keçirəcək

Azərbaycanın voleybol yığması dünya çempionatının seçmə mərhələsində ilk görüşünü keçirəcək Rəqib Türkiyə yığmasıdır
Komanda
24 May , 2017 11:54
Azərbaycanın voleybol yığması dünya çempionatının seçmə mərhələsində ilk görüşünü keçirəcək

Bakı. 24 may. REPORT.AZ/ Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk görüşünü bu gün keçirəcək. "Report"un məlumatına görə, Fransanın Lion şəhərində təşkil olunacaq A qrupunun oyununda rəqib Türkiyə yığması olacaq.

Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşü portuqaliyalı Helio Ormonde ilə xorvatiyalı Milan Raykoviç idarə edəcək.

Qrup mərhələsinin oyunlarının tam təqvimi belədir:

A qrupu

24 may

17:00. Türkiyə - Azərbaycan

19:30. Almaniya - Ukrayna

22:30. İslandiya - Fransa

25 may

17:00. Almaniya - Azərbaycan

19:30. İslandiya - Türkiyə

22:30. Fransa - Ukrayna

26 may

17:00. Almaniya - İslandiya

19:30. Ukrayna - Azərbaycan

22:30. Türkiyə - Fransa

27 may

17:00. İslandiya - Ukrayna

19:30. Fransa - Azərbaycan

22:30. Türkiyə - Almaniya

28 may

17:00. Azərbaycan - İslandiya

19:30. Ukrayna - Türkiyə

22:30. Almaniya - Fransa

Baş məşqçi Fərid Cəlalov bu heyətə şans verib: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

Qeyd edək ki, reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə "pley-off"da oynayacaqlar. Kişilərdən ibarət Azərbaycan millisi "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi