​Azərbaycanın voleybol yığması Avroliqanın ilk final oyununda qələbə qazanıb

​Azərbaycanın voleybol yığması Avroliqanın ilk final oyununda qələbə qazanıb Oyun 3:1 hesabı ilə başa çatıb
Komanda
1 İyul , 2016 00:51
​Azərbaycanın voleybol yığması Avroliqanın ilk final oyununda qələbə qazanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb.

"Report" xəbər verir ki, Nitra şəhərindəki İdman Sarayında keçirilmiş görüş millimizin Slovakiya üzərində qələbəsi ilə yekunlaşıb - 3:1.

Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

Yarımfinalda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edib - 3:1, 3:1. Slovakiya isə yarımfinalda Sloveniyadan üstün olub - 3:2, 3:1.

Cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.

Avropa Liqası, Final, ilk oyun

20:00. Slovakiya - Azərbaycan - 1:3 (19:25, 25:18, 22:25, 20:25)

Nitra, İdman Sarayı

Hakimlər: Mirko Yankoviç (Serbiya), Eva Tibor (Macarıstan).

Son xəbərlər

Orphus sistemi