Azərbaycanın voleybol yığması AÇ-nin II seçmə mərhələsində mübarizə aparacaq

Azərbaycanın voleybol yığması AÇ-nin II seçmə mərhələsində mübarizə aparacaq Qadın voleybolçular Rusiya, Portuqaliya və Rumıniya ilə bir qrupda yer alıb
Komanda
21 Dekabr , 2016 00:48
Azərbaycanın voleybol yığması AÇ-nin II seçmə mərhələsində mübarizə aparacaq

Buxartest. 21 dekabr. REPORT.AZ/ 2017-ci ilin yanvar ayının 12-dən 15-dək 18 yaşadək qızlar arasında voleybol üzrə Avropa çempionatının II seçmə mərhələsi keçiriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycan millisinin də yer aldığı "E" qrupunun oyunları Rumıniyanın Ploieşti şəhərində baş tutacaq.

Komandamız Rusiya, Portuqaliya və ev sahibi Rumıniya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Azərbaycan millisi turnirdə ilk oyununu yanvarın 13-də Rusiyaya qarşı keçirəcək. Yığma növbəti gün Portuqaliya, bir gün sonra isə Rumıniya ilə qarşılaşacaq. Oyunlar Ploieşti şəhərinin “Olimpiya” idman mərkəzində keçiriləcək. İlk 2 oyun Bakı vaxtı ilə saat 17:00-da, sonuncu görüş isə 19.30-da baş tutacaq.

Qrupda 1-ci yeri tutan komanda birbaşa olaraq qitə birinciliyinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, 18 yaşadək qızlar arasında voleybol üzrə Avropa çempionatı aprelin 1-dən 9-dək Hollandiyanın Arnhem şəhərində keçiriləcək.

Azərbaycan millisinin AÇ-nin II seçmə mərhələsində iştirak edəcək heyəti:

Hüseynova Gülçöhrə

Kazımova Nurhan

Ağazadə Nilufər

Əhmədxanova Fidan

Babayeva Elina

Fərzullayeva Əhyaxanım

Qədirzadə Nigar

Məmmədova Qənahət

Məmmədova İlahə

Mustafayeva Lalə

Rəsulova Asiman

Vəliyeva Dünya

Son xəbərlər

Orphus sistemi