Yuxarı

Azərbaycanın sumo güləşçiləri Avropa çempionatda 4 medal qazanıblar

Azərbaycanın sumo güləşçiləri Avropa çempionatda 4 medal qazanıblar
İdmançılarımızın hamısı bürünc medal ilə kifayətlənməli olublar

Tbilisi. 23 aprel. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə keçirilən sumo güləşi üzrə Avropa çempionatının ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıblar.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, 21 yaşlı güləşçilərimizdən Məhərrəm Eyvazov (60 kq), Camal Feyziyev (+115 kq) və 23 yaşlılardan Çingiz Səmədov (92kq), həmçinin 85 kq. çəki dərəcəsində çıxış edən Namiq Sadiqov turnirin bürünc medallarını qazanıblar.

Azərbaycan "Sumo-2017" Avropa çempionatında 17 güləşçi, 2 nümayəndə və 2 hakimlə təmsil olunur.

Çempionat davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi