Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub

Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub Ning Zhing 1-ci yer tutaraq qızıl medal qazanıb
Komanda
24 İyul , 2017 20:56
Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub

Bakı. 24 iyul. REPORT.AZ/ Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən Azərbaycanın stolüstü tennisçiləri yarışları böyük uğura başa vurublar.

"Report" Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yer tutaraq qızıl medalın sahibi olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazalılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.

Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdırlar.

Son xəbərlər

Orphus sistemi