​Azərbaycanın şahmat üzrə ikinci komandası olimpiadaya Bakıda hazırlaşır

​Azərbaycanın şahmat üzrə ikinci komandası olimpiadaya Bakıda hazırlaşır Məşqlər İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir
Komanda
10 İyun , 2016 13:11
​Azərbaycanın şahmat üzrə ikinci komandası olimpiadaya Bakıda hazırlaşır

Bakı. 10 iyun. REPORT.AZ/ 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası Bakıda təlim-məşq toplanışına başlayıb. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırlığın ilk mərhələsinə altı şahmatçı cəlb olunub.

Bunlar Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacaranidir. Toplanış başa çatandan sonra olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq. Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir.

Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi 42-ci Ümumdünya Şahmat Olimpiadasında 3 kişi və 3 qadın komandası ilə təmsil olunacaq. Kişi şahmatçılardan ibarət əsas milli mötəbər yarışa Qəbələdə fransalı məşqçi Etyen Bokronun rəhbərliyi altında hazırlaşır. 

Son xəbərlər

Orphus sistemi