Avropa çempionatı: Azərbaycanın qadın voleybolçuları Hollandiya yığmasına uduzub

Avropa çempionatı: Azərbaycanın qadın voleybolçuları Hollandiya yığmasına uduzub ​Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Hollandiya yığmasına uduzub
Komanda
25 Avqust , 2019 20:08
Avropa çempionatı: Azərbaycanın qadın voleybolçuları Hollandiya yığmasına uduzub

Qadın voleybolçular arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası bu gün ikinci matçını keçirib.

"Report"un məlumatına görə, rəqib Hollandiya yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25-23, 25-23).

Azərbaycan millisi üçüncü görüşünü Avropa çempionatının C qrupunun ev sahibi olan Macarıstana qarşı keçirəcək. Oyun avqustun 26-da Bakı vaxtı ilə saat 22:30 başlayacaq.

Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi ilk matçda Xorvatiya yığmasını 3:2 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi