Azərbaycanın qadın tennisçiləri Avropa çempionatında yarımfinala vəsiqə qazanıblar

Azərbaycanın qadın tennisçiləri Avropa çempionatında yarımfinala vəsiqə qazanıblar Çempionatda komanda yarışları davam edir
Komanda
17 İyul , 2017 18:32
Azərbaycanın qadın tennisçiləri Avropa çempionatında yarımfinala vəsiqə qazanıblar

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın stolüstü tennis üzrə qızlardan ibarət milli komandası Portuqaliyanın Guimaraes şəhərində keçirilən gənclərin Avropa çempionatında öz qrupunda İspaniya, Belarus və Macarıstan yığmalarına qalib gələrək qrupun birincisi kimi növbəti mərhələyə yüksəlib.

"Report" xəbər verir ki, stolüstü tennisçilərimiz Norveç komandasını 3:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə tennisçilərimiz Polşa yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Çempionatda komanda yarışları davam edir.

Son xəbərlər

Orphus sistemi