Azərbaycanın iki voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın iki voleybol hakimi beynəlxalq təyinat alıb Avropa Voleybol Konfederasiyası Fuad Ağayev və Selin Konstantinə növbəti dəfə dəvət göndərib.
Komanda
17 Dekabr , 2019 14:32
Azərbaycanın iki voleybol hakimi beynəlxalq təyinat alıb

Avropa Voleybol Konfederasiyası Fuad Ağayev və Selin  Konstantinə növbəti dəfə dəvət göndərib.

"Report"un məlumatına görə, hər iki hakim “Çağırış Kuboku”nun 1/16 final mərhələsinin cavab oyununlarında iş başında olacaq. 

F.Ağayev “Beylikdüzü” (Türkiyə) – “Slaviya” (Slovakiya), S. Konstantin isə “Olimp” (Çexiya) – “Kalsit” (Sloveniya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Hər iki qarşılaşma dekabrın 18-də baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi