Yuxarı

Azərbaycanın cüdo yığması Antalyadakı Qran Pridə 3 medal qazanıb

Azərbaycanın cüdo yığması Antalyadakı Qran Pridə 3 medal qazanıb
Yarışa yekun vurulub

Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran Priyə yekun vurulub.

"Report"un məlumatına görə, son yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.

Onlardan yalnız biri - dünya çempionu Elxan Məmmədov mükafatçılar sırasına düşməyi bacarıb. O, ilk görüşündə özbəkistanlı rəqibini yensə də, 1/4 finalda rusiyalı cüdoçuya yenilib. Bununla belə təsəlliverici görüşdə Məmmədov cənubi koreyalı, bürünc medal qarşılaşmasında isə BƏƏ-dən olan rəqibini yenərək, 3-cü yeri tutub.

Tural Safquliyev və Uşangi Kokauri isə 5-ci yerlə kifayətlənib.

90 kq

1/8 final. Tural Safquliyev - Çanço Kim (Cənubi Koreya)

1/4 final. Tural Safquliyev - Altanbaqana Qantulqa (Monqolustan)

Təsəlliverici görüş. Tural Safquliyev - Şaxzodbek Sabirov (Özbəkistan)

100 kq

1/8 final. Elxan Məmmədov - Şirəli Jurayev (Özbəkistan)

1/4 final. Elxan Məmmədov - Niyaz İlyasov (Rusiya)

Təsəlliverici görüş. Elxan Məmmədov - Min-Ho Hvanq (Cənubi Koreya)

Bürünc medal görüşü. Elxan Məmmədov - İvan Remarenko (BƏƏ)

+100 kq

1/8 final. Uşangi Kokauri - Da Som Yanq (Cənubi Koreya)

1/4 final. Uşangi Kokauri - Jambıl Turginaliyev (Qazaxıstan)

1/2 final. Uşangi Kokauri - Yuri Krakovetski (Qırğızıstan)

Bürünc medal görüşü. Uşangi Kokauri - Musa Tumenov (Rusiya)

Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 13 cüdoçusundan Hidayət Heydərov (73 kq) və Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıb, Aişə Qurbanlı (48 kq) isə 5-ci yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi