Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib

Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib Ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub
Komanda
10 Yanvar , 2017 23:14
Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub.

Nəriman Abdullayev bu komandada böyük məşqçi vəzifəsini davam etdirəcək.

Gənclərdən ibarət komanda Vaqif Şirinova tapşırılıb. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək.

Qadınlardan ibarət komanda isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək.

Qeyd edək ki, böyüklər arasında Azərbaycan çempionatı 25 - 30 yanvarda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi