Azərbaycanda voleybol çempionatları yenidən təxirə salındı

Azərbaycanda voleybol çempionatları yenidən təxirə salındı Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası, kişilər arasında isə Yüksək Liqa və I Liqanın oyunları növbəti dəfə təxirə salınıb.
Komanda
16 Mart , 2020 14:19
Azərbaycanda voleybol çempionatları yenidən təxirə salındı

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası, kişilər arasında isə Yüksək Liqa və I Liqanın oyunları növbəti dəfə təxirə salınıb. 

Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qeyri-müəyyən vaxtadək atılıb.  

Federasiyanın qərarı dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Ölkədə fəaliyyət göstərən voleybol üzrə bütün bölmə və klublardan da məşqləri dayandırmaq tələb olunub.

Bildirilib ki, yarışların və məşqlərin bərpa olunacağı vaxtla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası martın 4-də çempionat oyunlarını təxirə salsa da, martın 12-də yenidən bərpa etmişdi. 

Son xəbərlər

Orphus sistemi