Azərbaycan voleybol millisi Sloveniyadakı təlim-məşq toplanışına itkilərlə yollanacaq

Azərbaycan voleybol millisi Sloveniyadakı təlim-məşq toplanışına itkilərlə yollanacaq Bakı. 3 may. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Sloveniyaya təlim-məşq toplanışına itkilərlə yollanacaq.
Komanda
3 May , 2018 11:43
Azərbaycan voleybol millisi Sloveniyadakı təlim-məşq toplanışına itkilərlə yollanacaq

Bakı. 3 may. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Sloveniyaya təlim-məşq toplanışına itkilərlə yollanacaq.

"Report"un məlumatına görə, bu barədə yığmanın baş meneceri Oksana Kurt (Parxomenko) federasiyanın mətbuat xidmətinə bildirib. Təcrübəli mütəxəssis komandanın uzun müddətdir zədələrdən əziyyət çəkdiyini açıqlayıb: "Hazırda Ayşən Abduləzimova əməliyyatdan sonra demək olar ki, tam bərpa olunub. O, hətta əsas komanda ilə toplanışa yollanacaq və tam məşqlərə Sloveniyada başlayacaq. Kristina Yaqubova da qrafik üzrə çalışır. Lakin fikrimcə, oyunlara qədər tam bərpa oluna bilməyəcək. Çünki çox vaxt itirib. Oksana Kiselyova isə hələ ayyarım bərpa prosesi keçməlidir".

Balkan yarımadasındakı ölkəyə bu axşam yola düşəcək yığma mayın 19-da start götürəcək Avropa Liqasına daha çox gənc voleybolçularla hazırlaşacaq. Kurtun sözlərinə görə, təcrübəli oyunçulara bərpa üçün çox vaxt veriləcək. Lakin onların final mərhələsində komandaya qoşulmaları da mümkündür. Baş menecer vaxtilə çıxış etdiyi toppaylayıcı mövqeyində onu əvəzləyəcək voleybolçunun olmamasına belə münasibət bildirib: "Bütün qızlar bu mövqe üçün çox çalışırlar. Təəssüf ki, bəzən zədələr maksimuma nail olmağa maneçilik törədir. Amma yenə də ümid edək ki, ilin əsas turniri – dünya çempionatına zədələrsiz yollana biləcəyik".

Qeyd edək ki, Avropa Liqasında Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna yığmaları ilə birdə A qrupunda yer alıb. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk dövrədə mayın 19-da və 23-də Bakı İdman Sarayında müvafiq olaraq Ukrayna və Portuqaliya kollektivləri ilə qarşılşacaq. Mayın 26-da səfərdə Bolqarıstanla üz-üzə gələcək. İkinci dövrədə ilk matçını mayın 30-da Bolqarıstana qarşı keçirəcək yığma, iyunun 2-də Portuqaliyanın, 4 gün sonra isə Ukraynanın qonağı olacaq.Bolqarıstan, Portuqaliya və Ukrayna ilə eyni qrupda yer alıb. Dünya çempionatında isə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv sentyabrın 29-da ABŞ, sentyabrın 30-da Cənubi Koreya, oktyabrın 2-də Rusiya, oktyabrın 3-də Trinidad və Tobaqo, oktybarın 4-də Tailandla qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi