Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub

Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub Bu, hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirən Vassuradır
Komanda
18 Yanvar , 2018 16:57
Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub

Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub. 

Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, bu, hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Dafra” klubunda davam etdirən Villiams Oliveira Do Nascimento Vassuradır. Bu gün günorta saatlarında Bakıya gələn futzalçı komandanın məşqində iştirak edib. 

Qeyd edək ki, Azərbaycan millisinin yanvarın 19-da saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.

Son xəbərlər

Orphus sistemi