Yuxarı

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıblar - FOTO

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıblar - FOTO

86

Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Beynəlxalq Jəutikov Olimpiadasında Azərbaycan məktəbliləri uğurla iştirak edərək 1 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar.

“Report”a Təhsil Nazirliyindən bildiriblər ki, fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov 20 ölkədən 588 məktəblinin iştirak etdiyi nüfuzlu tədbirdə informatika fənnindən qızıl medal sahibi, eyni təhsil müəssisəsinin şagirdi Murad Eynizadə gümüş medal, Gəncə Şəhər 15 nömrəli orta məktəbinin şagirdi Əziz Hüseynov də bürünc medal sahibi olublar.

Həmçinin fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad AğazadəAbbas Məmmədov riyaziyyat fənnindən gümüş medal, 9-cu sinif şagirdi Toğrul Abbasov, habelə Şuşa rayonu Malıbəyli kəndi 1 nömrəli orta məktəbinin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medala layiq görülüblər. Nəhayət, fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov fizika fənnindən bürünc medal qazanıb.

Qeyd edək ki, Qazaxıstanın görkəmli riyaziyyatçı alimi akademik Orımbek Jəutikovun şərəfinə adı qoyulmuş Beynəlxalq Jəutikov Olimpiadaları (İZHO) 2005-ci ildən etibarən hər il keçirilir. Bu tədbirlərdə 2006-cı ildən iştirak edən azərbaycanlı məktəblilər bütövlükdə 3 qızıl, 19 gümüş, 27 bürünc medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi