Bakı. 16 sentyabr. REPORT.AZ/ Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib.
"Report"un məlumatına görə, F qrupunda yer alan millinin rəqibi Avropa çempionu İspaniya olub.
Komandamız Kolumbiyanın Medellin şəhərindəki "Coliseo İvan de Bedout" idman kompleksində təşkil olunmuş qarşılaşmanı 4:2 hesablı məğlubiyyətlə tərk edib.
Xatirladaq ki, F qrupundakı ilk görüşdə Azərbaycan Mərakeş yığmasına 5:0, İspaniya İrana 5:1 hesabı ilə qalib gəlmişdi. Millimiz qrup mərhələsindəki son oyununu İran yığmasına qarşı keçirəcək.
Dünya çempionatı, qrup oyunları
03:00. Azərbaycan 2:4 İspaniya
Baş hakim: Alessandro Malfer (İtaliya)
Hakimlər: Ondrey Kerni (Çexiya), Paskal Lemal (Belçika)
Medellin. "Coliseo İvan de Bedout" idman kompleksi