Azərbaycan klubunun 4 futzalçısına viza verilməyib

Azərbaycan klubunun 4 futzalçısına viza verilməyib Araz komandası bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.
Komanda
9 Oktyabr , 2019 03:45
Azərbaycan klubunun 4 futzalçısına viza verilməyib

"Araz" komandası bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.

"Report" xəbər verir ki, futzal üzrə Azərbaycan çempionu "De Bres Arena”da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:30-da başlanacaq matça "Araz" itkilərlə çıxacaq. Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən Naxçıvan təmsilçisi 8 futzalçı ilə mübarizə aparacaq.

9 oktyabr

Çempionlar Liqası

22:30. "Araz” - “Halle Gooik” (Belçika)

Halle şəhəri. "De Bres Arena"

Hakimlər: Nikola Jelic (Xorvatiya), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye

Baş məşqçi: Joze Alesio Da Silva

Son xəbərlər

Orphus sistemi