Azərbaycan karateçiləri Parisdə iki medal qazanıb

Azərbaycan karateçiləri Parisdə iki medal qazanıb Azərbaycan milli komandası Fransanın paytaxtı Parisdə keçirilən Karate1 Premyer Liqada 2 medal qazanıb.
Komanda
27 Yanvar , 2020 03:16
Azərbaycan karateçiləri Parisdə iki medal qazanıb

Azərbaycan milli komandası Fransanın paytaxtı Parisdə keçirilən Karate1 Premyer Liqada 2 medal qazanıb.

“Report”un məlumatına görə, İrina Zaretska 68 kq çəki dərəcəsində qızıl medala sahib olub. O, finalda misirli Feryal Abdelazezə 3:0 hesabı ilə qalib gəlib.

67 kq çəkidə yer alan Rafiz Həsənov isə bürünc mesal görüşündə braziliyalı Vinisius Fiqueyranı üstələyib - 4:2.

Qeyd edək ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 92 ölkədən 703 karateçi iştirak edib.

Son xəbərlər

Orphus sistemi