Azərbaycan güləşçiləri Qitələrarası Kubokda 4 medal qazanıblar

Azərbaycan güləşçiləri Qitələrarası Kubokda 4 medal qazanıblar Turnir Rusiyanın Xasavyurt şəhərində keçirilib
Komanda
15 Oktyabr , 2017 23:50
Azərbaycan güləşçiləri Qitələrarası Kubokda 4 medal qazanıblar

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Rusiyanın Xasavyurt şəhərində keçirilmiş Qitələrarası Kubokda 4 medal qazanıblar.

"Report"un məlumatına görə, ikinci yarış günündə milli üzvləri daha 2 medala sahib olublar.

125 kq çəki dərəcəsində yarışan Cəmaləddin Məhəmmədov gümüş, Səid Həmidov bürünc medal qazanıb.

İlk yarış günündə Ağahüseyn Mustafayev (65 kq) və Aslanbek Alborov (97 kq) qızıl medal əldə edib.

Son xəbərlər

Orphus sistemi