Yuxarı

Azərbaycan gimnastları Avropa çempionatında altıncı olub

​Azərbaycan gimnastları Avropa çempionatında altıncı olub

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında çıxışını başa vurub.

"Report"un məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadədən ibarət kollektiv finalda halqalar ilə kompozisiyada bacarıqlarını nümayiş etdiriblər.

Komanda 21.500 xal toplayaraq yarışı 6-cı pillədə başa vurub. Rusiya gimnastları 24.450 xalla birinci, Ukrayna 23.400 xalla ikinci, Belarus isə 23.250 xalla üçün olub.

Bu gün fərdi proqramda mübarizə aparan Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi