Yuxarı

Azərbaycan futzal liqalarında 2018/2019-cu il mövsümünün püşkü atılıb

Azərbaycan futzal liqalarında 2018/2019-cu il mövsümünün püşkü atılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci liqalarının 2018/2019-cu il mövsümünün püşkü atılıb. 

"Report" Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, püşkdən əvvəl federasiyanın vitse-prezidenti Rəmiş Malıyev struktur və vəzifə dəyişiklikləri, eləcə də federasiyanın rəsmi saytının istifadəyə verilməsi, AFFA tərəfindən Yarışların təşkili və keçirilməsi şöbəsinin koordinatoru təyin edilmiş Zaur Hacı-Məhərrəmov isə əsasnamə, eləcə də tətbiq ediləcək yeniliklər barədə məlumat verib. Daha sonra hər üç liqanın yeni mövsümünün püşkü atılıb. 

Qeyd edək ki, Yüksək Liqada 7 klub mübarizə aparır. Oyunlar dairəvi sistemlə keçiriləcək və dörd dövrədən ibarət olacaq. Yekunda ilk 4 (1*4, 2*3) yeri tutmuş komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. İki oyundan ibarət yarımfinal matçlarının qalibləri çempionu, məğlublar isə bürünc medalın sahibini müəyyənləşdirəcək oyunda iştirak edəcəklər. EKOL birinci turda istirahət edəcək. Birinci Liqada 16, İkinci Liqada 20 komanda qalib adı uğrunda yarışacaq. Hər iki liqada oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək.

Yüksək Liqa, I tur

12 sentyabr

Saat 12:30 Xəzər Cənub – Neftçi İK

Saat 14:30 Yasamal FK - Araz

Saat 16:30 Yasamal İSK - Liman

Birinci Liqa I tur

14-15 sentyabr

Sovetski FK - Şərq

Metropoliten - Baku Fire

Yasamal Fk B - Absheron FK

Çinar Cəbrayıl - U-19

Green Log - Fizuli FK

Standard - Zəngilan

AZMİU – ADBTİA

Ulduz - Baku Fans

İkinci Liqa I tur

16 sentyabr

Baku Fire-2 - Borçalı FK

Gilan Construction – Hicran

Xəzər – STAR kargo

Təbriz – Obolon

Bibi - Heybət - Rəvan FK

Baker Tilly – Hövsan

Avanqard FK - Baker Hughes

Dalğa - Atletiko Baku

Bədr FK Xocalı – Advokat

Gənclik İK - SAB

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi