Azərbaycan cüdoçularının Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib

Azərbaycan cüdoçularının Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib Varşavada keçiriləcək cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib
Komanda
19 Aprel , 2017 22:13
Azərbaycan cüdoçularının Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib

Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 20-də Polşanın paytaxtı Varşavada start götürəcək cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, Azərbaycanı təmsil edəcək 9 kişi və 2 qadın cüdoçunun ilk rəqibləri püşk nəticəsində müəyyənləşib.

Kişilər

60 kq. 1/8 final. Orxan Səfərov - Matyaj Trboviç (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi

66 kq. 1/16 final. Nicat Şıxəlizadə - Manuel Şeybel (Almaniya)

73 kq. 1/16 final. Rüstəm Orucov - Rudolf Kurtides (Kipr) / Andre Seppa (Estoniya) cütünün qalibi

73 kq. 1/16 final. Hidayət Heydərov - Regimantas Rıbinas (Litva) / Xavyer Ramires (İspaniya) cütünün qalibi

81 kq. 1/16 final. Rüfət İsmayılov - Kristian Toniste (Estoniya)

90 kq. 1/16 final. Məmmədəli Mehdiyev - İon Dumbrava (Moldova)

100 kq. 1/16 final. Elmar Qasımov - Filipp Qalandi (Almaniya)

100 kq. 1/16 final. Elxan Məmmədov - Vinçentso D Arko (İtaliya)

+100 kq. 1/8 final. Uşangi Kokauri - Harun Sadıkoviç (Bosniya və Herseqovina)

Qadınlar

48 kq. 1/16 final. Aişə Qurbanlı - Gülkader Şentürk (Türkiyə)

52 kq. 1/16 final. Nəzakət Əzizova - Reka Pupp (Macarıstan)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov, Nicat Şıxəlizadə, Aişə Qurbanlı və Nəzakət Əzizova, aprelin 21-də Rüstəm Orucov, Hidayət Heydərov və Rüfət İsmayılov, aprelin 22-də isə Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov və Uşangi Kokauri tatami üzərinə çıxacaq. Bundan başqa Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi