Azərbaycan cüdoçuları Qran Pridə bir dəst medal qazanıb - FOTO

Azərbaycan cüdoçuları Qran Pridə bir dəst medal qazanıb - FOTO Elxan Məmmədov qızıl, Uşangi Kokauri gümüş, Məhəmmədəli Mehdiyev bürünc medala sahib olub
Komanda
15 May , 2016 17:12
Azərbaycan cüdoçuları Qran Pridə bir dəst medal qazanıb - FOTO

Bakı. 15 May. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində keçirilən Qran Pridə Azərbaycanın cüdo üzrə milli komandası bir dəst medal qazanıb. "Report"un məlumatına görə, Elxan Məmmədov (100 kq) qızıl, Uşangi Kokauri (+100 kq) gümüş, Məhəmmədəli Mehdiyev (90 kq) bürünc medala sahib olub.

Məmmədov tatami üzərinə 1/8 final mərhələsindən çıxıb. O, ardıcıl olaraq, Aybek Serikbayevi (Qazaxıstan) və Soyib Kurbonovu (Özbəkistan) məğlub etdikdən sonra yarımfinalda Mikloş Sirjeniksi (Macarıstan) də ippola üstələyərək, finala yüksəlib. Həlledici qarşılaşmada dünya çempionunun rəqibi Rafael Buzakarini (Braziliya) olub. Görüşün son saniyələrinədək Məmmədov cərimə sayında geridə olub. Ona 2, rəqibinə 1 xəbərdarlıq edilib. Bu vaxt Məmmədov rəqibinə fənd tətbiq edərək, vaza-ari xalı ilə qələbəyə nail olub.

Kokauri 1/16 finaldan başlayaraq, Yuri Krakovetski (Qırğızıstan), Kristofer Şerrinqton (Böyük Britaniya) və Faysel Jaballahı (Tunis) məğlub edib. O, yarımfinalda İslam əl-Şəvabini (Misir) də yenib və finalda tarixi vətənindən olan həmyerlisi Adam Okruaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Görüş Okruaşvilinin qələbəsi ilə yekunlaşıb.

Mehdiyev də mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Aleksandr Marmeljuk (Estoniya), Freyzer Çemberlen (Böyük Britaniya) və Kolton Braunu (ABŞ) yendikdən sonra yarımfinala finala yüksəlib. Lakin finala gedən yolda 23 yaşlı idmançı Xunjao Çenqə (Çin) uduzaraq, finala vəsiqə qazana bilməyib. Bununla belə, Mehdiyev təsəlliverici görüşdə Abderrahmane Behamadiyə (Əlcəzair) qalib gələrəq, bürünc medala yiyələnib.

Bu gün tatami üzərinə Azərbaycanın daha 2 cüdoçusu çıxıb. Firudin Dadaşov (90 kq) ilk görüşündə Səid Əmi Jambekovu (Rusiya) yensə də, 1/16 finalda Abderrahmane Behamadiyə (Əlcəzair), Cəlil Şükürov (100 kq) isə ilk qarşılaşmadaca Anis Ben Xaledə (Tunis) uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, daha 9 cüdoçu ilk 2 yarış günündə mübarizə aparsa da, erkən mərhələlərdə uğursuzluğa düçar olub.

Son xəbərlər

Orphus sistemi