Yuxarı

Azərbaycan cüdoçuları Avropa kubokunda daha 5 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda daha 5 medal qazanıb
Yeniyetmələrdən ibarət milli komandamız komanda hesabında 2-ci yeri tutub

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.

Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb. Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2-ci yeri tutub.

Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi