Yuxarı

Azərbaycan Cüdo Federasiyasının region birinciliklərinə start verilib

Azərbaycan Cüdo Federasiyasının region birinciliklərinə start verilib
Yarışda 250-yə yaxın yeniyetmə cüdoçusu mübarizə aparır
© Foto: Judo.az

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası Qərb zonasında bu ilin ilk region birinciliyinə start verib.

"Report" xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Samux və Göy-Göl şəhərlərinin 250-yə yaxın yeniyetmə cüdoçusu mübarizə aparır.

Yarışların açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonra birinciliyə start verilib. İlk yarış gününün qaliblərinə ACF-in diplomları, medallar və hədiyyələr təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi