Yuxarı

Azərbaycan çempionu UEFA kubokunun əsas mərhələsində 2-ci qələbəsini qazanıb

Azərbaycan çempionu UEFA kubokunun əsas mərhələsində 2-ci qələbəsini qazanıb
Naxçıvan təmsilçisi Malta çempionunu 6:4 hesabı ilə məğlub edib
© Report

Buxarest. 12oktyabr. REPORT.AZ/ Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi 2-ci oyununu da qələbə ilə başa vurub. 

„Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın Deva şəhərindəki İdman Sarayında baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi Malta çempionu "Sent Endryus” 6:4 hesabı ilə məğlub edib. Hər iki hissədə komandamız geridə olsa da, futzalçılarımız son dəqiqələrdə təzyiqi artıraraq rəqib qapısından daha 2 top keçirməklə möhtəşəm qələbə qazanıb.

VIII qrupda yer alan “Deva” (Rumıniya) – “Mostar” (Bosniya və Herseqovina) cütlüyünün qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Azərbaycan çempionu növbəti oyununu oktyabrın 14-də Rumıniyanın "Deva” klubuna qarşı keçirəcək. Qeyd edək ki, qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazancaq.

VIII qrup

12 oktyabr, II tur

"Sent Endryus” (Malta) – "Araz” (Azərbaycan) - 4:6

Qollar: Hrvoye Penava 10; 32. Panu Autio 11. Rojerinyo 26 - Maykinyo, 20; 23; 29; 39. Rafael Vilela, 35, Bolinya 39

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi