Yuxarı

Azərbaycan çempionu legionerlərdən imtina edib

Azərbaycan çempionu legionerlərdən imtina edib
Buna səbəb Naxçıvan təmsilçisinin strategiyasını dəyişməsidir

Bakı. 28 iyul. REPORT.AZ/ Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi “Araz” klubu legionerlərdən imtina edib.

“Report”un əldə etdiyi məlumata görə, buna səbəb Naxçıvan təmsilçisinin strategiyasını dəyişməsidir. Braziliyalılar - Eduardo Borges, Everton Kardoso və Thiaqo Telez Bolinya, eləcə də iranlı Reza Toloue ilə vidaşalan “Araz”, bundan sonra yerli oyunçulara güvənəcək.

Braziliyalı Joze Alesio da Silvanın baş məşqçisi olduğu 13 qat Azərbaycan çempionu bundan sonra gənc azərbaycanlı futzalçılara üstünlük verəcək.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Araz” əsas mərhələdə "Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 2 - 7 oktyabrda Slovakiyada keçiriləcək.

E qrupunda "Veles” (Makedoniya), "Valleta” (Malta), "Futsamba Naas” (İrlandiya) və "Kosmos Tallin” (Estoniya), F qrupunda "Hovocobo” (Hollandiya), "Reading Futsal Klub” (İngiltərə), "Vytis” (Litva), "Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin matçları 28 avqust - 2 sentyabrda baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi