Azərbaycan çempionatındakı bütün legionerlər ölkəni tərk etdi

Azərbaycan çempionatındakı bütün legionerlər ölkəni tərk etdi Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatındakı klubların legionerləri koronavirus pandemiyası ilə əlaqədar ölkələrinə qayıdıblar.
Komanda
12 May , 2020 16:28
Azərbaycan çempionatındakı bütün legionerlər ölkəni tərk etdi

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatındakı klubların legionerləri koronavirus pandemiyası ilə əlaqədar ölkələrinə qayıdıblar.

Bu barədə "Report"a federasiyanın İdman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.

O bildirib ki, Bakını son olaraq ukraynalı oyunçular tərk ediblər: "Rusiyalı həndbolçular daha əvvəl getmişdilər. Aprelin 11-də isə ukraynalı legionerlər çarter reysi ilə ölkələrinə yola salınıblar".

Federasiya rəsmisi pandemiyaya görə yarımçıq dayandırılan yarışların aqibəti barədə də danışıb: "Yaxın günlərdə onlayn iclasımız olacaq və orada yekun qərar açıqlanacaq. Böyük ehtimalla, həm kişilər, həm də qadınlar arasında çempionatda cari mövsüm ləğv olunacaq. Çünki artıq legionerlərin hamısı ölkələrinə yollanıb".

Qeyd edək ki, yarış erkən yekunlaşsa, "Azəryol" qadınlar, "Məhsul" isə kişilər arasında ölkə çempionu elan olunacaq. Qadınların mübarizəsinin sonuna 3 tur qalmış "Azəryol" ən yaxın izləyicisi "Qarabağ"ı 6 xal qabaqlayır. "Azərsu" üçüncü, "İdman Akademiyası" dördüncü yerdədir. Kişilərin yarışında isə lider "Məhsul" sona 4 tur qalmış ən yaxın izləyicisi "Bakı"dan 4 xal öndədir. Bu iki komanda arasındakı ilk 3 dövrənin oyunlarında da "Məhsul" qalib gəlib. "Təhsil" üçüncü, U-18 dördüncüdür.

Qeyd edək ki, daha əvvəl basketbol üzrə Azərbaycan Super Liqası dayandırılıb, "Zirə Astara" çempion elan olunub. Həmçinin voleybol üzrə qadınlar və kişilər arasında çempionat ləğv olunub, komandalar mükafatsız qalıb.

Son xəbərlər

Orphus sistemi