Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
“Report”un məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Yarış ilk dəfə 24 yığmanın iştirakı ilə 4 ölkədə keçiriləcək. Ev sahibləri - Türkiyə, Polşa, Macarıstan və Slovakiya müvafiq olaraq A, B, C və D qruplarında yer alacaqlar.
Avropa çempionatında iştirak edəcək digər 20 komanda isə 5 səbətə bölünüb. Azərbaycan millisi Belarus, Ukrayna və Fransa ilə birgə 3-cü səbətdə yer alıb.
1-ci səbət: Serbiya, Rusiya, İtaliya, Hollandiya
2-ci səbət: Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya
3-ci səbət: Belarus, Ukrayna, Azərbaycan, Fransa
4-cü səbət: Rumıniya, İspaniya, Finlandiya, Portuqaliya
5-ci səbət: İsveçrə, Sloveniya, Yunanıstan, Estoniya
Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Ankara, Lodz, Budapeşt və Bratislavada keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, 2017-ci il Avropa çempionatına Azərbaycan və Gürcüstan ev sahibliyi edib.