Avropa çempionatı: Qadınlardan ibarət Azərbaycan yığması üçüncü pilləyə yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Qadınlardan ibarət Azərbaycan yığması üçüncü pilləyə yüksəlib - YENİLƏNİB Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VIII turun görüşləri başa çatıb.
Komanda
1 Noyabr , 2019 20:43
Avropa çempionatı: Qadınlardan ibarət Azərbaycan yığması üçüncü pilləyə yüksəlib - YENİLƏNİB

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VIII turun görüşləri başa çatıb.

"Report"un məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi bu turda Ermənistanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə bitib - 1,5:2,5.

Qadınlardan ibarət komanda isə Fransanı məğlubiyyətə uğradıb - 2,5:1,5. Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Ülviyyə Fətəliyeva uduzub, Xanım Balacayeva isə heç-heçəyə razı olub.

Qeyd edək ki, bu nəticələrdən sonra qadınlardan ibarət komanda 12-ci xalını qazanıb və sona bir tur qalmış üçüncü pilləyə yüksəlib. Kişilərdən ibarət yığma isə 9 xalla 12-ci sıradadır.

Komandalararası Avropa çempionatı, VIII tur

1 noyabr

Kişilər

Azərbaycan - Ermənistan - 1,5:2,5

Şəhriyar Məmmədyarov - Levon Aronyan - 0,5:0,5

Arkadi Naydiç - Qabriel Sargissyan - 0,5:0,5

Qədir Hüseynov - Qrant Melkumyan - 0,5:0,5

Eltac Səfərli - Arman Paşikyan - 0:1

Qadınlar

Fransa - Azərbaycan - 1,5:2,5

Sofi Miyye - Günay Məmmədzadə - 0:1

Polen Gişar - Xanım Balacayeva - 0,5:0,5

Almira Skripçenko - Ülviyyə Fətəliyeva - 1:0

Nataşa Benmesba - Gülnar Məmmədova - 0:1


***15:25

 Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII turun görüşlərinə start verilib. 

"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla, qadın millisi Fransa ilə qarşılaşır.  


*** 10:22

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII tur qarşılaşmaları üçün heyətləri açıqlanıb. 

"Report"un məlumatına görə, kişilərin mübarizəsində Ermənistanla qarşılaşmada birinci lövhədə Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək. 

Qadınların görüşündə isə əsas lövhədə Günay Məmmədzadə Fransa təmsilçilərindən Sofi Miyyeni sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Komandalararası Avropa çempionatı, VIII tur

1 noyabr

Kişilər

Azərbaycan - Ermənistan

Şəhriyar Məmmədyarov - Levon Aronyan

Arkadi Naydiç - Qabriel Sargissyan

Qədir Hüseynov - Qrant Melkumyan

Eltac Səfərli - Arman Paşikyan


Qadınlar 

Fransa - Azərbaycan

Sofi Miyye - Günay Məmmədzadə

Polen Gişar - Xanım Balacayeva

Almira Skripçenko - Ülviyyə Fətəliyeva

Nataşa Benmesba - Gülnar Məmmədova

7 turdan sonra xal durumu belədir:


Kişilər: 1. Rusiya - 12, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6 - 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.

Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3 - 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal. 

Son xəbərlər

Orphus sistemi