Avropa Voleybol Konfederasiyası (CEV) 2020-ci ildə avrokubokların qalan hissəsini ləğv edib.
“Report”un məlumatına görə, bu barədə CEV-in İdarə Heyəti qərar qəbul edib.
Ləğv olunan yarışlara mayın 16-da Almaniyanın paytaxtı Berlində keçirilməsi planlaşdırılan CEV Çempionlar Liqası Superfinalı da daxildir.
İdarə Heyəti turnirlərin davam etdirilib-etdirilməyəcəyindən asılı olmayaraq, komandalara mükafat fondunun 80 faizindən çoxunu verməyə razı olub.
CEV Şurası 2020/2021 mövsümündə avrokuboklar üçün mükafat fondunu qorumağı öhdəsinə götürüb və gələn mövsüm üçün klublara əlavə dəstək verəcəyini bildirib.