“Araz” klubunun futzal üzrə UEFA kubokunda rəqibləri müəyyənləşib

“Araz” klubunun futzal üzrə UEFA kubokunda rəqibləri müəyyənləşib Naxçıvan təmsilçisi “Deva” (Rumıniya), E və F qruplarının qalibləri ilə qarşılaşacaq
Komanda
6 İyul , 2017 17:14
“Araz” klubunun futzal üzrə UEFA kubokunda rəqibləri müəyyənləşib

Bakı. 6 iyul. REPORT.AZ/ Futzal üzrə UEFA kubokunun təsnifat və əsas mərhələlərinin püşkü atılıb. “Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu “Araz”ın da rəqibləri müəyyənləşib.

Naxçıvan təmsilçisi elit-raunda vəsiqə uğrunda “Deva” (Rumıniya), E və F qruplarının qalibləri ilə qarşılaşacaq. Yarışa əsas raundda başlayacaq “Araz” B yolu üzrə mübarizə aparacaq və səkkizinci qrupda yer alacaq. Bu qrupun oyunları Rumıniyada keçiriləcək.

Təsnifat mərhələsinin E qrupunda “Mostar” (Bosniya və Herseqovina), “Flyamurtari” (Albaniya), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), F qrupunda “Klassik” (Moldova), “Anartosis” (Kipr), “Leo” (Ermənistan), “Reksxem” (Uels) komandaları qüvvəsini sınayacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin oyunları 27 – 28 avqustda, əsas raundun matçalrı isə 10- 15 oktyabrda keçiriləcək.

UEFA İcariyyə Komitəsinin qərarına əsasən Azərbaycan və Ermənistan komandaları bu mərhələlərdə qarşılaşa bilməzlər. Ermənistan təmsilçisi F qrupunu qalib qismində başa vurarsa, o zaman B yolunda 5-ci qrupda mübarizə aparacaq. Əvəzində həmin qrupa yüksələcək komandalardan biri də "Araz"a rəqib olacaq.

Son xəbərlər

Orphus sistemi