Yuxarı

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri keçiriləcək

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri keçiriləcək
Yarışda Azərbaycan, Rusiya, İran və Gürcüstanın komandaları iştirak edəcəklər

Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda Aprel döyüşlərində həlak olmuş polkovnik-leytenant Raquf Orucov və digər şəhidlərin xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri keçiriləcək.

"Report" xəbər verir ki, “Raquf Orucov Kuboku” adlandırılan bu turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstanın 21 yaşınadək oğlan və qızlardan (U-21) ibarət klub komandaları iştirak edəcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Judo Club 2012”nin təşkilatçılığı ilə keçiriləcək yarış aprelin 20-də saat 10.00-da Bakı Əl Oyunları İdman Sarayında başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi