Alyona Həsənova: “Növbəti mərhələdə daha yaxşı çıxış etməyə çalışacağıq”

Alyona Həsənova: “Növbəti mərhələdə daha yaxşı çıxış etməyə çalışacağıq” Bakı. 4 oktyabr. REPORT.AZ/ “Bu gün uduzsaq da, qalib gəlməyi çox istəyirdik. Ola bilər ki, rəqib çox sürətli oynadığı üçün bloklarda çatdıra bilmədik. Amma müsbət nəticə üçün çox çalışdıq”.
Komanda
4 Oktyabr , 2018 16:37
Alyona Həsənova: “Növbəti mərhələdə daha yaxşı çıxış etməyə çalışacağıq”

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Bu gün uduzsaq da, qalib gəlməyi çox istəyirdik. Ola bilər ki, rəqib çox sürətli oynadığı üçün bloklarda çatdıra bilmədik. Amma müsbət nəticə üçün çox çalışdıq”.

Bunu “Report”a Azərbaycan millisinin voleybolçusu Alyona Həsənova Yaponiyada keçirilən dünya çempionatının birinci qrup mərhələsinin son oyununda Tailanda 1:3 hesablı məğlubiyyətdən sonra deyib.

22 yaşlı blokçu bildirib ki, ikinci qrup mərhələsində daha yaxşı çıxış etməyə çalışacaqlar: “Bu, mənim ilk dünya çempionatımdır. Bir az təzyiq var idi. Amma heyətə düşmək üçün əlimdən gələni edirəm. İki matçda qalib gəldiyimiz üçün növbəti mərhələyə vəsiqə qazandıq. İki gün istirahət edəcəyik. Yeni qrupumuzdakı rəqiblərimiz də çox güclü komandalardır. Öz oyunumuzu oynamağa çalışacağıq. Belə olan halda, bizdə bütün elementlər alınır. Uğur qazanmaq üçün şansımız var. İstədiyimiz oyun alınsa, qalib gələcəyik”.

Qeyd edək ki, Azərbaycan oktyabrın 7-də start götürəcək ikinci qrup mərhələsində Rusiya, İtaliya, Çin, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla birgə F qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi