Aleksandr Boriçiç: "Bu, 16 komandanın iştirak edəcəyi son Avropa çempionatı olacaq"

Aleksandr Boriçiç: "Bu, 16 komandanın iştirak edəcəyi son Avropa çempionatı olacaq" "Bu tədbir Azərbaycan və Gürcüstanda voleybolun inkişafına təkan vermək üçün gözəl imkandır"
Komanda
24 Noyabr , 2016 19:34
Aleksandr Boriçiç: Bu, 16 komandanın iştirak edəcəyi son Avropa çempionatı olacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan və Gürcüstanda gələn il keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib. 

"Report"un məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov postsovet məkanında ilk dəfə belə bir yarışın iki ölkədə təşkil olunduğunu bildirib: "Azərbaycan artıq özünü idman ölkəsi kimi tanıtdırıb. Azərbaycanda çox möhtəşəm tədbirlər keçirilib. Bunları saymaqla qurtarmaq olmaz. Növbəti illərdə də belə yarışlar davam edəcək. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Təşkilat Komitəsi yaradılıb. Ölkəmizdə yarışların təşkili üçün yüksək səviyyəli şərait var və biz də çempionatı belə bir səviyyədə keçirəcəyik. Bu yarışın Azərbaycanda keçirilməsində böyük rolu olan şəxslərə minnətdaram. Qoy, güclü qalib gəlsin". 

Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua təşkilatçılıqdan çox şeyin asılı olduğunu bildirib. O, püşkatma mərasimi kimi, çempionatın da yüksək səviyyədə keçiriləcəyini vurğulayıb. 

Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini və püşkatma mərasiminin çox gözəl alındığını vurğulayıb. O, bütün komandaların çox gözəl yarışın bir hissəsinə çevriləcəklərinə inam ifadə edib: "Bu, 16 komandanın qatılacağı son çempionat olacaq. Növbəti qitə çempionatında 24 ölkə iştirak edəcək. Bu tədbir Azərbaycan və Gürcüstanda voleybolun inkişafına təkan vermək üçün gözəl imkandır. CEV çempionatın yüksək səviyyədə təşkilində maraqlıdır. Bütün iştirakçılara uğurlar arzulayır və ümid edirəm ki, hər iki milli federasiya çempionatı daha çox tamaşaçının izləməsi üçün əllərindən gələni edəcək".

Son xəbərlər

Orphus sistemi