Yuxarı

ABŞ yığmasının baş məşqçisi: "Azərbaycan millisi ilə görüşün ağır olacağını bilirdik"

ABŞ yığmasının baş məşqçisi: "Azərbaycan millisi ilə görüşün ağır olacağını bilirdik"

Bakı. 9 aprel. REPORT.AZ/ “Komandamız çox yaxşı döyüşdü. Güləşçilərimiz inadla mübarizə apardılar. Azərbaycan yığması ilə görüşün ağır olacağını bilirdik”.

“Report”un məlumatına görə, bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunun finalında Azərbaycan millisini 6:4 hesabı ilə məğlub edən ev sahibi komandanın baş məşqçisi Bill Zadik deyib.

45 yaşlı mütəxəssis həlledici görüşün çox çətin keçdiyini bildirib: “Azərbaycanla görüş gözlədiyimiz kimi, çətin oldu. Fikrimcə, bizim uşaqlar çox yaxşı mübarizə apardılar. Onlara görə sevinirəm. Titulu ABŞ-a qaytardıq”.

Qeyd edək ki, Azərbaycan millisi əvvəllər 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. Komanda ötən il isə bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi