Zabit Səmədovun Tokioda yaponiyalı kikboks ustası üzərində qələbəsinin görüntüləri yayılıb - VİDEO

Zabit Səmədovun Tokioda yaponiyalı kikboks ustası üzərində qələbəsinin görüntüləri yayılıb - VİDEO Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub
Fərdi
30 Dekabr , 2014 14:25
Zabit Səmədovun Tokioda yaponiyalı kikboks ustası üzərində qələbəsinin görüntüləri yayılıb - VİDEO

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovun Tokioda "Blade Fighting Championship - Japan Cup 2014" mükafatı uğrunda yaponiyalı Makoto Uehara üzərində inamlı qələbəsinin görüntüləri yayılıb.

"Report"un AzərTac Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, döyüşün ilk 3 raundundan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub. Bununla da Azərbaycan idmançısı 2014-cü ili qələbə ilə başa vurub.

Xatırladaq ki, M.Uehara qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısıdır. O, Yaponiyanın yerli yarışlarından bir çoxunda qalib gəlib. Xüsusilə M.Uehara karyerası ərzində K-1 yarışlarında Las Veqas çempionu Stefan Leko və Cənubi Koreyanın taekvondo millisinin üzvü Yanq Su Park üzərində qələbə çalıb.

Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov sonuncu döyüşünü oktyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirib. O, iranlı Cəfər Əhmədiyə xal hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi