Yuxarı

11-ci "Baku Open" karate turnirinin vaxtı açıqlandı

Yarış 4 gün davam edəcək

Martın 5-də Bakıda 11-ci "Baku Open" beynəlxalq karate turniri start götürəcək.

"Report" Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Boks İdman Mərkəzində dörd gün davam edəcək yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər.

Fərdi və komanda yarışlarında ondan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi