Yuxarı

Yaponiya yığması olimpiya rekordu ilə birinci olub

Kişilər arasında yarışda isə Norveç millisi rəqiblərini qabaqlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında qadınlar arasında konkisürmənin təqib üsulu üzrə komanda yarışında qalib müəyyənləşib.

“Report” xəbər verir ki, 2 dəqiqə 53,89 saniyə göstərici ilə olimpiya rekordu təyin edən Yaponiya yığması qızıl medal qazanıb. 

Hollandiya yığması ikinci, ABŞ kollektivi isə üçüncü yeri tutub.

Kişilər arasında yarışda isə Norveç millisi rəqiblərini qabaqlayıb. Cənubi Koreya ikinci, Hollandiya isə üçüncü yeri tutub.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi