XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması ilə əlaqədar tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbir çərçivəsində "Zirvələrə doğru" adlı idman yarışı baş tutub.
Belə ki, 13 və 16 yaş arası hər kəs özünü idmanın beş növü - basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülük üzrə sınayıb.
Ən yaxşı nəticə göstərən uşaqlar XV "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək və festivalı yaxından izləmək imkanı qazanıblar. Onlar peşəkar idmançılarla ilə ünsiyyət qurmaq, onlarla məşq etmək imkanı qazanıb. İdmançılar isə tədbirin gənc idmançıları ilə təcrübələrini bölüşəcəklər.
Tədbirin davamı olaraq müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi ilə əlaqədar Atletlər kəndində kütləvi qaçış təşkil edilib. Qaçışda 49 təhsil müəssisəni təmsil edən 500 məktəbli iştirak edib. Yarışın sonunda qaliblər
Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək.