Yuxarı

Xaliq Məmmədov: "Vüqar Həşimov hər zaman Vətənini və idman şərəfini layiqincə qoruyub"

© Report

Şəmkir. 18 aprel. REPORT.AZ/ "Vüqar Həşimov hər zaman vətənini və idman şərəfini layiqincə qoruyub".

“Report”un Qərb bürosu xəbər verir ki, bunu "Shamkir Chess 2018" beynəlxalq şahmat turnirinin açılış mərasimində SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov deyib.

O, turnirin sponsoru olmaqda şərəf hissi duyduqlarını və turniri açıq elan etdiyini bildirib:

"Ölkəmizdə şahmata böyük diqqət və maraq var. Şəmkirdə belə bir yüksək səviyyədə superliqanın təşkil olunması ölkə başçısının şahmata olan diqqətinin nəticəsidir. Bizdə SOCAR olaraq hər zaman ölkə idmanına, o cümlədən şahmata dəstək göstəririk. "SOCAR Azərbaycan" şahmat kulubu 2 dəfə Avropa Çempionlar Kubokunu qazanıb. Bu gün də, bu turnirin sponsoru olmaqda şərəf hissi duyuruq və turniri açıq elan edirəm".

Turnir 28 aprel tarixinədək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi